Azər Məmmədov: “Seleksiya işlərini yekunlaşdırmaq üzrəyik”

“Kəpəz”in baş məşqçisi Azər Məmmədov “Şamaxı”ya qarşı keçirdikləri yoxlama oyununu və yeni mövsümə hazırlığı dəyərləndirib.

Arena.az xəbər verir ki, sözügedən komandaların ötən gün Qəbələdə baş tutmuş görüşündə qapılara qol vurulmayıb.

Azər Məmmədov matçdan sonra klubun mətbuat xidmətinə açıqlamasında bunlar söyləyib:

“Bu yoxlama oyunumuz hazırlıq dövrünün 2-ci hissəsinə təsadüf etdi. Bu matçın hazırlığına 4 gün idi ki, başlamışdıq və gündə iki dəfə məşq keçirdik. Futbolçular məşqlərdə də, oyunda da özlərini yaxşı tərəfdən göstərməyə çalışırdılar. Təbii ki, çatışmayan məqamlar var. Bir neçə mövqedə futbolçularla danışıqlar gedir. Seleksiya işlərini yekunlaşdırmaq üzrəyik. Sevindirici hal ondan ibarətdir ki, ilk görüşlə müqayisədə fiziki hazırlıq və texniki baxımdan irəliləyiş hiss olunur. Amma daha çox çalışmalıyıq ki, çatışmayan cəhətlərimizi aradan qaldıraq. Qəbələdə keçirilən hər iki oyunda bizi tək qoymayan azarkeşlərimizə təşəkkür edirəm”.

Xəbəri paylaş:
Bizi sosial şəbəkələrdə izləyin: