Azər Salahlı əməliyyat olundu

Futbol üzrə Azərbaycan milli komandasının və “Keşlə”nin müdafiəçisi Azər Salahlı əməliyyat olunub. Arena.az xəbər verir ki, bu barədə paytaxt klubunun mətbuat xidməti məlumat yayıb.

Azərin zədəsinin müayinəsindən sonra futbolçuda ikitərəfli qasıq yırtığı aşkar edilmişdi. Bununla əlaqədar Salahlı Türkiyədə – “Liv Hospitalı”nda uğurla əməliyyat olunub.

Hazırda özünü yaxşı hiss edən futbolçu iki gündən sonra vətənə qayıdacaq. Azər Salahlı gələn ildən məşqlərə başlayacaq.

Xatırladaq ki, bir neçə gün öncə “Qarabağ”ın qapıçıları – Emil Balayevlə Şahruddin Məhəmmədəliyev də əməliyyat keçiriblər. Hər ikisi milli üzvü olan bu qolkiperlərdən Emilin daha tez sıraya dönməsi gözlənilir. Lakin Ağdam klubu hər ehtimala qarşı qış fasiləsində heyətinə yeni qapıçı cəlb etməyə hazırlaşır.

Xəbəri sosial şəbəkələrdə paylaş: