Azər Salahlı: “Portuqaliya ilə heç-heçəyə nail ola bilərik”

Futbol üzrə Azərbaycan milli komandasının müdafiəçisi Azər Salahlı DÇ-2022-nin seçmə mərhələsi çərçivəsində Portuqaliya yığmasına qarşı keçiriləcək oyundan öncə fikirlərini bölüşüb.

Arena.az xəbər verir ki, “Keşlə”nin futbolçusu AFFA-nın rəsmi saytına açıqlamasında bunları söyləyib:

“Meydanda əzmlə, istəklə mübarizə aparmalıyıq. Hər bir futbolçu bir nəfər kimi mübarizə aparsa, heç-heçəyə nail ola bilərik. Həyatda mümkünsüz heç nə yoxdur. Rəqibi yaxşı araşdırmışıq. İnanıram ki, bunun bəhrəsini görəcəyik.

Portuqaliyanın heyətində dünya səviyyəli futbolçular var. Rəqibin kimliyindən asılı olmayaraq, qələbə qazanmaq üçün meydana çıxırlar. Mən düşünmürəm ki, bizimlə oyuna qeyri-ciddi yanaşsınlar. Onlara qarşı bir saniyə belə boş dayanmaq olmaz. Son ana qədər mübarizə aparmaq lazımdır. Uğur qazanmaq istəyiriksə, daha istəkli olmalıyıq, daha çox qaçmalıyıq”.

Xəbəri sosial şəbəkələrdə paylaş: