Bu gün futzal üzrə Azərbaycan kubokunda 1/8 final mərhələsinin püşkatma mərasimi keçirilib. Arena.az xəbər verir ki, Bakı İdman Sarayında keçirilən püşkatmada hər 3 liqadan olan komandaların nümayəndələri iştirak ediblər.
“Kor püşk” nəticəsində 1/8 finalla yanaşı, 1/4 final və yarımfinal mərhələlərində hansı komandaların qarşılaşacağı indidən müəyyənləşib.
Xatırladaq ki, Azərbaycan kubokunda 1/8 final mərhələsinin oyunları martın 16-da və 17-də keçiriləcək. Hər mərhələ bir oyundan ibarət olacaq.
Azərbaycan kuboku
1/8 final
ADBTİA – Araz Naxçıvan
Baku Fire-2 – MUM
Baku Fire – Dalğa
Şamaxı – Flaqman
Neftçi İK – Advokat
Record – U-17
Alyans – U-19
Baku Fire-3 – Rəvan
1/4 final
ADBTİA/Araz Naxçıvan – Baku Fire-3/Rəvan
Baku Fire-2/MUM – Alyans/U-19
Baku Fire/Dalğa – Record/U-17
Şamaxı/Flaqman – Neftçi İK/Advokat
Yarımfinal
ADBTİA/Araz Naxçıvan // Baku Fire-3/Rəvan – Şamaxı/Flaqman // Neftçi İK/Advokat
Baku Fire-2/MUM // Alyans/U-19 – Baku Fire/Dalğa // Record/U-17


