Azərbaycan – Macarıstan: Açıq məşqlərin vaxtı bilindi

Azərbaycan və Macarıstan yığmalarının yoxlama oyunundan öncə təşkil olunacaq mətbuat konfransları və açıq məşqlərin vaxtı bəlli olub.

Arena.az xəbər verir ki, bu barədə AFFA-nın rəsmi saytı məlumat yayıb.

Xəbərdə bildirilir ki, oyundan öncə təşkil olunacaq mətbuat konfranslarının və mətbuat üçün açıq məşqlərin vaxtı aşağıdakı kimi olacaq:

9 iyun

Azərbaycan milli komandası
16:15. Mətbuat konfransı
17:00. İlk 15 dəqiqəsi mətbuat üçün açıq məşq

Macarıstan milli komandası
18:30. İlk 15 dəqiqəsi mətbuat üçün açıq məşq
19:45. Mətbuat konfransı

Qeyd olunub ki, bütün tədbirlər oyunun keçiriləcəyi stadionda baş tutacaq.

Xatırladaq ki, sözügedən yoxlama oyunu iyunun 10-da Mərdəkandakı “Dalğa Arena”da keçiriləcək. Qarşılaşmaya saat 20:00-da start veriləcək.

Xəbəri sosial şəbəkələrdə paylaş: