Futbol üzrə Azərbaycan millisinin Macarıstan yığma komandası ilə keçirəcəyi yoxlama görüşünün başlama vaxtı müəyyənləşib.
Arena.az xəbər verir ki, bu barədə AFFA-nın rəsmi saytı məlumat yayıb.
Xəbərdə bildirilir ki, iyunun 10-da Mərdəkandakı “Dalğa Arena”da təşkil olunacaq oyuna saat 20:00-da start veriləcək.


