Azərbaycan – Macarıstan matçının biletləri satışa çıxarıldı

Gələn ay futbol üzrə Azərbaycan və Macarıstan yığma komandaları arasında keçiriləcək yoxlama oyununun biletləri satışa çıxarılıb.

Arena.az xəbər verir ki, bu barəfə AFFA-nın rəsmi saytı məlumat yayıb.

Biletlər azarkeşlər üçün üç qiymətə təklif olunur. 1-ci kateqoriya 5, 2-ci kateqoriya 2, VİP biletlər 10 manata satışa çıxarılıb.

Qarşılaşmanı izləmək istəyənlər biletləri iTicket.az satış məntəqələrindən əldə edə bilərlər.

Qeyd edək ki, Azərbaycan – Macarıstan oyunu iyunun 10-da Mərdəkandakı “Dalğa Arena”da baş tutacaq. Qarşılaşmaya saat 20:00-da start veriləcək.

Biletlərin qiymətlərini və əldə edə biləcəyiniz ünvanları diqqətinizə çatdırırıq:

1-ci Kateqoriya – 5 AZN
2-ci Kateqoriya – 2 AZN
VİP – 10 AZN

iTicket.az satış məntəqələri:

Gənclik Mall
28 Mall
Köşk No1 (Sahil m. M.Rəsulzadə 3)
Köşk No2 (Bülbül prospekti, Nizami küç.)
1 Saylı ASAN xidmət mərkəzi
2 Saylı ASAN xidmət mərkəzi
3 Saylı ASAN xidmət mərkəzi
4 Saylı ASAN xidmət mərkəzi
1 Saylı Sumqayıt Regional ASAN xidmət mərkəzi

Xəbəri sosial şəbəkələrdə paylaş: