Futzal üzrə Azərbaycan millisi Niderlandda keçirilən Avropa çempionatının final mərhələsində bu gün ilk oyununu keçirib. Arena.az xəbər verir ki, D qrupunun açılış qarşılaşmasında komandamız Gürcüstan yığması ilə üz-üzə gəlib.
Azərbaycan millisi 6-cı, Gürcüstan yığması isə ilk dəfə qitə birinciliyinin final mərhələsində iştirak edir. Amma debütantla matç komandamız üçün uğursuz alınıb. İlk hissəni 2:1 hesabıyla öndə bitirməsinə baxmayaraq, ikinci yarıda iki qol buraxan futzalçılarımız sonda meydanı xalsız tərk ediblər. Komandamızın heyətində Rafael Vilela dubla imza atıb. Amma komanda yoldaşları onun bu zəhmətini yerə vurublar.
AÇ-2022
D qrupu
22 yanvar
Gürcüstan – Azərbaycan 3:2
Qol: Elisandro, 9:31. Arçil Sebiskveradze, 26:54. Tales Feyto, 31:30-pen – Rafael Vilela, 5:14; 6:26.
Hakimlər: Sedrik Pelissye (Fransa), Daniel Matkoviç (İsveçrə), Nikola Yeliç (Xorvatiya).
Timekeeper: Vedran Babiç (Xorvatiya).
Qroningen, Martini Plaza. Saat 17:30.
Gürcüstan: 1. Zviad Kupatadze (k), 2. Çaqinya, 10. Roninyo, 16. Tales Feyto, 19. Elisandro, 12. Tornike Bukiya, 20. Petri Branko, 6. Villian Lourenço, 9. İrakli Todua, 7. Şota Topuriya, 17. Arçil Sebiskveradze, 18. Nikoloz Kurtanidze, 5. Georgi Qavtadze, 8. Vaxtanq Kekeliya.
Baş məşqçi: Avtandil Asatiani.
Azərbaycan: 1. Emin Kürdov, 6. Eduardo Borges, 2. Felipinyo, 3. Bolinya, 10. Vassura, 8. Rizvan Fərzəliyev (k), 5. Fineo De Arauxo, 7. Ramiz Çovdarov, 11. Xətai Bağırov, 17. İsa Atayev, 14. Hadi Ahmadi, 9. Rafael Vilela.
Baş məşqçi: Joze Alesio Da Silva.


