Oktyabrın 16-dan etibarən təlim-məşq toplanışında olan futzal üzrə Azərbaycan millisi bu gün yoxlama oyununda gücünü sınayıb.
Arena.az xəbər verir ki, millimiz “Olimpik Star”da “Araz-Naxçıvan”ın legionerlərdən qurulmuş heyəti ilə qarşılaşıb.
Fasiləyə qədər tərəflər hərəyə 2 qol vurublar. İkinci hissədə üstünlüyə tam sahib olan “Araz-Naxçıvan” yekunda 6:2 hesablı qələbə qazanıb. Millimizin heyətində qolları Emil Həsənzadə və Qüdrət Qasımzadə vurublar.
Baş məşqçi Yevgeni Kukseviçin tapşırığına uyğun olaraq, Ülvi Əliyev birinci hissədə “Araz-Naxçıvan”ın, fasilədən sonra isə millinin heyətində yer alıb.
Azərbaycan millisi bu oyunda aşağıdakı heyətlə mübarizə aparıb:
Kamran Hacıyev, Cavad Məmmədov, Hüseyn Əbdülov, Mirzə Əmirov, Ülvi Əliyev, Ədalət Ələkbərov, Qüdrət Qasımzadə, Emil Həsənzadə, Nihad İsmayılov, Fərid Abbasov, Oktay Rüstəmli, Murad Quluzadə, Kənan Manafov, Eldar Zeynalov, Oqtay Mahmudzadə.


