Azərbaycan millisi Avropa çempionatına bu heyətlə yollandı

Futzal üzrə Azərbaycan millisi Avropa çempionatının final mərhələsinə hazırlığın Bakıdakı mərhələsini yekunlaşdırıb. Arena.az xəbər verir ki, bu barədə Azərbaycan Futzal Federasiyasının rəsmi saytı məlumat yayıb.

Xəbərdə bildirilir ki, AÇ-2022-də iştirak edəcək yığmamızın Bakıdakı təlim-məşq toplanışına ötən gün yekun vurulub.

Komandamız bu gün Bakı-İstanbul-Brüssel hava reysi ilə səfərə çıxır. Millimiz yanvarın 17-də Borqloon şəhərində Belçika yığması ilə keçiriləcək yoxlama oyununa avtobusla yollanacaq. Yoxlama matçı Bakı vaxtı ilə saat 17:00-da başlayacaq.

Baş məşqçi Joze Alesio Da Silva millimizin Avropa çempionatı üçün yekun heyətini də açıqlayıb. Yekun heyətdə 14 futzalçıya yer verilib. Bakı toplanışına dəvət alan 16 oyunçudan Hadi Ahmadi (“Bayterek”, Qazaxıstan) və Amir Şocaei (“Araz”, Naxçıvan) yekun heyətə daxil edilməyib.

Azərbaycan millisi Avropa çempionatına bu futzalçılarla yollanıb:

  1. Rövşən Hüseynli – Araz (Naxçıvan)
  2. Ramiz Çovdarov – Araz (Naxçıvan)
  3. İsa Atayev – Araz (Naxçıvan)
  4. Xətai Bağırov – Araz (Naxçıvan)
  5. Rizvan Fərzəliyev – Araz (Naxçıvan)
  6. Emanoel Joao Rodriqes “Maneka” – Araz (Naxçıvan)
  7. Oliveyra Villiams “Vassura” – Sportinq (Paris, Fransa)
  8. Everton Kardozo “Qalo” – Levante (İspaniya)
  9. Emin Kürdov – EKOL
  10. Conatas Felipe “Felipinyo” – Araz (Naxçıvan)
  11. Eduardo Borges – Halle-Gooik (Belçika)
  12. Rafael Vilela – Palma Futsal (İspaniya)
  13. Fineo De Arauxo – Sportinq (Paris, Fransa)
  14. Tyaqo Teles Martins “Bolinya” – ACCS FUTSAL (Fransa)
Xəbəri paylaş:
Bizi sosial şəbəkələrdə izləyin: