Azərbaycan millisi Xorvatiya ilə oyunda ilk qələbə arzusunda

Futzal üzrə Azərbaycan millisi bu gün Avropa çempionatının (AÇ-2026) əsas mərhələsi çərçivəsində sonuncu matçına çıxacaq.

Arena.az xəbər verir ki, 5-ci qrupun autsayderi olan yığmamız lider Xorvatiya millisi ilə qarşılaşacaq.

1-ci yeri təmin etmiş rəqiblə görüşdə sensasiyaya ümid edən Vitali Borisovun yetirmələri ilk qələbənin həsrətindədir. Azərbaycan millisi hazırda 2 xalla sonuncu pillədə qərarlaşıb.

Bakı İdman Sarayında keçiriləcək qarşılaşmaya saat 20:00-da start veriləcək. Oyunu Kiprdən olan hakimlər idarə edəcəklər.

Qeyd edək ki, qrupun digər görüşündə Yunanıstan və İsveç yığmaları üz-üzə gələcəklər.

AÇ-2026-nın əsas mərhələsi
5-ci qrup
15 aprel

20:00. Azərbaycan – Xorvatiya
Hakimlər: Yianqos Yianqu, Nikolas Nikolau, Theoxaris Theocharous (hamısı Kipr).
Bakı İdman Sarayı.

Xallar: Xorvatiya – 15. Yunanıstan – 7. İsveç – 4. Azərbaycan – 2.

Xəbəri paylaş:
Bizi sosial şəbəkələrdə izləyin: