Futbol üzrə Azərbaycan millisinin UEFA Millətlər Liqası çərçivəsində səfərdə Belarus yığmasına qarşı keçirəcəyi oyunun məkanı müəyyənləşib. Arena.az xəbər verir ki, bu barədə AFFA-nın rəsmi saytı məlumat yayıb.
Xəbərdə bildirilir ki, Belarus – Azərbaycan matçı iyunun 6-da, Serbiyanın Novi Sad şəhərindəki “Karadjordje” stadionunda keçiriləcək. Oyun saat 22:45-də başlayacaq.
Qeyd edək ki, UEFA Belarus yığmasının beynəlxalq oyunlarını doğma meydanda keçirməsinə qadağa qoyub. Buna sözügedən ölkənin Rusiyaya Ukrayna ərazisindəki hərbi əməliyyatlarda birbaşa dəstək göstərməsi səbəb olub. Bu üzdən Azərbaycan millisinin Belarus yığmasıyla matçı da neytral meydanda keçiriləcək.


