Azərbaycan millisinin yoldaşlıq görüşləri üçün heyəti açıqlandı

İyunun 7-də Albaniya, 11-də isə Qazaxıstana qarşı beynəlxalq yoldaşlıq görüşü keçirəcək Azərbaycan millisinin heyəti açıqlanıb.

Arena.az AFFA-nın rəsmi saytına istinadən xəbər verir ki, yoxlama görüşlərində iştirak etmək üçün heyətə 24 futbolçu cəlb olunub.

Qeyd edək ki, Azərbaycan milli komandası hər iki matçını Macarıstanın Sombatxey şəhərindəki “Haladas SportKomplexum”da keçirəcək.

Albaniya ilə oyun Bakı vaxtı ilə saat 21:00-da, Qazaxıstanla qarşılaşma isə saat 18:00-da başlayacaq.

Milliyə dəvət olunmuş futbolçuların siyahısını diqqətinizə çatdırırıq:

  1. Şahruddin Məhəmmədəliyev – Adana Dəmirspor (Türkiyə)
  2. Rəşad Əzizli – Qəbələ
  3. Rza Cəfərov – Neftçi
  4. Mehdi Cənnətov – Sumqayıt
  5. Elvin Bədəlov – Sumqayıt
  6. Bədavi Hüseynov – Qarabağ
  7. Qismət Alıyev – Zirə
  8. Rahil Məmmədov – LKS Lodz (Polşa)
  9. Elvin Cəfərquliyev – Qarabağ
  10. Anton Krivotsyuk – Daejon (Cənubi Koreya)
  11. Amin Seydiyev – Sabah
  12. Bəhlul Mustafazadə – Qarabağ
  13. Toral Bayramov – Qarabağ
  14. Aleksey İsayev – Qarabağ
  15. Çoşqun Diniyev – Ümraniyəspor (Türkiyə)
  16. Emin Mahmudov – Neftçi
  17. Elvin Camalov – Sabah
  18. Emil Səfərov – Qəbələ
  19. Vüsal İsgəndərli – Boluspor (Türkiyə)
  20. Emil Mustafayev – Polesye (Ukrayna)
  21. Ceyhun Nuriyev – Zirə
  22. Mahir Emreli – Dinamo (Zaqreb, Xorvatiya)
  23. Musa Qurbanlı – Yurqorden (İsveç)
  24. Ramil Şeydayev – Kocaelispor (Türkiyə)
Xəbəri paylaş:
Bizi sosial şəbəkələrdə izləyin: