19 yaşadək futzalçılardan ibarət Azərbaycan millisinin AÇ-2023-ün əsas qrup mərhələsi çərçivəsindəki sonuncu matçının hakimləri müəyyənləşib. Arena.az xəbər verir ki, yığmamız yer aldığı 5-ci qrupun sonuncu matçında Yunanıstan seçməsi ilə üz-üzə gələcək.
Qarşılaşmanı Danimarka, Macarıstan və İtaliyadan olan hakimlər edəcəklər.
Xatırladaq ki, Azərbaycan millisinin qrupdakı əvvəlki oyunları uğursuz alınıb. Komandamız Fransaya 0:5, Bosniya və Herseqovinaya isə 1:4 hesabıyla uduzub. Yunanıstanla matç sadəcə qrup sonuncusu olmamaq baxımından əhəmiyyət daşıyır. Son tur ərəfəsində daha bərbad top fərqinə malik yunanlar sonuncu pillədə qərarlaşıblar. Bu baxımdan millimizə qrup sonuncusu olmamaq üçün heç-heçə də bəs edəcək. Xatırladaq ki, Yunanıstan yığması Bosniya və Herseqovinaya 1:3, Fransaya isə 1:8 hesabıyla uduzub.
AÇ-2023-ün əsas mərhələsi
5-ci qrup
25 mart
Azərbaycan – Yunanıstan
Hakimlər: Martin Koster (Danimarka), Norbert Şilagi (Macarıstan), Nikola Manzione (İtaliya).
Timekeeper: Vedran Marçinko (Bosniya və Herseqovina).
Hakim-inspektor: Antonio Joze Fernandes Kardoso (Portuqaliya).
UEFA nümayəndəsi: Boris Durlen (Xorvatiya).
Şiroki Briyeq şəhəri, Pecara İdman zalı. Saat 20:00.


