Azərbaycan – Niderland oyununun başlama saatı dəyişdirildi

Futzal üzrə DÇ-2024-ün elit mərhələsi çərçivəsində keçiriləcək Azərbaycan – Niderland oyununun başlama saatı dəyişdirilib.

Arena.az xəbər verir ki, bu barədə Azərbaycan Futzal Federasiyasının rəsmi saytı məlumat yayıb.

Xəbərdə bildirilir ki, sentyabrın 20-də baş tutacaq görüşün start fiti canlı yayımla əlaqədar daha erkən vaxtda səsləndiriləcək. Belə ki, Bakı İdman Sarayında təşkil olunacaq qarşılaşma əvvəldən nəzərdə tutulduğu kimi saat 20:00-da yox, 18:30-da başlayacaq.

Xatırladaq ki, yığmamız DÇ-2024-ün elit-raund mərhələsində Rumıniya, Niderland və Qazaxıstanla birgə A qrupunda yarışacaq.

Azərbaycan millisinin bu rəqibləri ilə oyunlarının təqvimi belədir:

DÇ-2024-ün seçmə mərhələsi
Elit raund, A qrupu

15 sentyabr
Rumıniya – Azərbaycan

20 sentyabr
Azərbaycan – Niderland

6 oktyabr
Azərbaycan – Qazaxıstan

11 oktyabr
Qazaxıstan – Azərbaycan

15 dekabr
Azərbaycan – Rumıniya

20 dekabr
Niderland – Azərbaycan

Xəbəri paylaş:
Bizi sosial şəbəkələrdə izləyin: