Azərbaycan Premyer Liqasında 600-cü qola sevindilər

“Qəbələ” futbol üzrə Azərbaycan Premyer Liqasında 600-cü qolunu vurub. Arena.az xəbər verir ki, bu, Azərbaycan Premyer Liqasının 2022/2023 mövsümünün 28-ci turuna təsadüf edib.

“Sabah”la səfər oyununda (2:3) komandasının ikinci qoluna imza atan Feras Abu Akal yubiley topunun müəllifi olub.

Azərbaycan Premyer Liqasında 2006-cı ildə debüt edən “qırmızı-qaralar” 600 qoldan 317-ni evdə, 283-nü səfərdə vurub.

Xatırladaq ki, bu komandanın ilk qolu 2006-cı ildə qeydə alınıb. Vüsal Qarayev İmişlidə “MKT-Araz”ın qapısına yol tapıb.

“Qəbələ”nin Premyer Liqada tarixi qolları

1-ci qol – 2006/07 mövsümü

Vüsal Qarayev – 11.08.2006. MKT-Araz (İmişli) – Gilan (Qəbələ) – 4:1

100-cü qol – 2009/10 mövsümü

Kənan Kərimov – 09.02.2010. Qəbələ – Turan (Tovuz) – 1:0

200-cü qol – 2012/13 mövsümü

Lourival Assis – 03.11.2012. Qəbələ – Neftçi (Bakı) – 2:1

300-cü qol – 2014/15 mövsümü

Viktor Mendi – 05.04.2015. AZAL (Bakı) – Qəbələ – 0:4

400-cü qol – 2016/17 mövsümü

Tellur Mütəllimov – 19.03.2017. AZAL (Bakı) – Qəbələ – 1:1

500-cü qol – 2019/20 mövsümü

Rövlan Muradov – 01.03.2020. Zirə – Qəbələ – 1:2

600-cü qol – 2022/23 mövsümü

Feras Abu Akal – 02.04.2023. Sabah – Qəbələ – 3:2

Xəbəri paylaş:
Bizi sosial şəbəkələrdə izləyin: