Futzal üzrə dünya çempionatının (DÇ-2024) elit mərhələsi çərçivəsində keçiriləcək Azərbaycan – Qazaxıstan oyununa təyinatlar açıqlanıb.
Arena.az xəbər verir ki, oktyabrın 6-da Bakıda baş tutacaq bu oyunu Finlandiyadan olan hakimlər idarə edəcəklər.
Birinci və ikinci hakimin adı dəqiqləşsə də, üçüncü referi və taymkiperin kimliyi açıqlanmayıb.
Bu barədə Azərbaycan Futzal Federasiyasının rəsmi saytı məlumat yayıb.
Xatırladaq ki, elit mərhələdə 2 turdan sonra Qazaxıstan yığması 6 xalla birinci, millimiz isə 3 xalla qrup üçüncüsüdür.
DÇ-2024-ün elit-raund mərhələsi
6 oktyabr
Azərbaycan – Qazaxıstan
Hakimlər: Kirill Naişouler, Arttu Kyynaeraeynen, Paavo Komppa (hakimlər Finlandiyadandır).
Hakim-inspektor: Tarik Keço (Bosniya və Herseqovina).
UEFA nümayəndəsi: Sean Dipple (İngiltərə).
Bakı İdman Sarayı. Saat 20:00.


