Futbol üzrə Azərbaycan millisi bu gün Macarıstanın Sombatxey şəhərində Qazaxıstan yığma komandası ilə yoldaşlıq oyunu keçirəcək.
Arena.az xəbər verir ki, bu, yığmamızın 2024-cü ildəki 4-cü sınağıdır.
Artıq sözügedən komandaların bu oyun üçün heyətləri də məlumdur.
“Haladas Sport Komplexum” stadionunda keçiriləcək Azərbaycan – Qazaxıstan matçına Bakı vaxtı ilə saat 18:00-da start veriləcək. Oyunu Macarıstandan olan hakimlər briqadası idarə edəcək.
Yoxlama oyunu
11 iyun
18:00. Azərbaycan – Qazaxıstan
Baş hakim: Bence Csonka (Macarıstan).
Baş hakimin köməkçiləri: Teodoros Georgiu, Balaş Salai (Macarıstan).
Dördüncü hakim: Reka Molnar (Macarıstan).
Sombatxey. “Haladas SportKomplexum” stadionu.
Azərbaycan: 1. Şahruddin Məhəmmədəliyev, 2. Amil Seydiyev, 15. Bədavi Hüseynov, 5. Anton Krivatsyuk 3. Elvin Cəfərquliyev, 16. Elvin Camalov, 8. Emin Mahmudov (k), 20. Aleksey İsayev, 17. Toral Bayramov, 10. Mahir Emreli, 11. Ramil Şeydayev.
Ehtiyat oyunçular: 12. Rza Cəfərov, 23. Rəşd Əzizov, 4. Bəhlul Mustafazadə, 6. Emil Mustafayev, 7. Coşqun Diniyev, 9. Vüsal İsgəndərli, 14. Elvin Bədəlov, 18. Ceyhun Nuriyev, 19. Emil Səfərov, 21. Qismət Alıyev, 22. Musa Qurbanlı.
Məşqçi: Arif Əsədov.
Qazaxıstan: 1. Aleksandr Zarutski (Q), 4. Marat Bstrov, 24. Alıbek Kasım, 22. Aleksandr Maroçkin, 3. Nuralı Alip, 11. Yan Voroqovski, 7. Ramazan Orazov, 18. Adilet Sadibekov, 8. Asxat Taqibergen (k), 17. Abat Aymbetov, 10. Maksim Samorodov.
Ehtiyat oyunçular: 12. İqor Şatski, 15. Danil Ustimenko, 2. Sergey Maliy, 5. İslambek Kuat, 6. Aybol Abiken, 9. Bairjan İslamxan, 13. Roman Asrankulov, 14. Arman Kennesov, 16. Yerkin Tapalov, 19. Ruslan Valuilin, 20. Mixali Qabişev, 21. Elxan Aslanov, 23. Temirlan Yerlanov.
Məşqçi: Ruslan Baltiyev.


