Azərbaycanın qadın futbolçulardan ibarət U-19 millisi martın 5-dən 7-nə qədər Bakıda təlim-məşq toplanışında olacaq. Arena.az xəbər verir ki, komandamız daha sonra ayın 8-dən 14-nə qədər də Birləşmiş Ərəb Əmirliklərinin Dubay şəhərində hazırlıq keçəcək.
Millimiz hazırlıq çərçivəsində Birləşmiş Ərəb Əmirliklərinin müvafiq yaş qrupundan ibarət komandası ilə iki yoldaşlıq oyunu da keçirəcək. Oyunlar martın 10-da və 13-də baş tutacaq.
Azərbaycanın U-19 millisi bu toplanışlarda 18 futbolçu ilə hazırlıq keçəcək. Millimizin heyətinə dəvət olunmuş futbolçuların siyahısını diqqətinizə çatdırırıq:
- Aytac Feyzullayeva – Şırnak Belediye Spor (Türkiyə)
- Nailə Aliyeva – Neftçi PFK
- Milana Rəhimova – Şırnak Belediye Spor (Türkiyə)
- Fidan Cəfərova – Nuxa
- Aytac Mirzəyeva – Neftçi PFK
- Fatiməyi Zəhra Hüseynli – Sumqayıt FK
- Samirə Aşırova – Xırdalan Siti
- Müjgan Seyidova – Neftçi PFK
- Fatimə Əhmədli – Şırnak Belediye Spor (Türkiyə)
- Nur Gencay Şeyma – Yukatel Kayseri (Türkiyə)
- Buse Nur Kocabey – Antalyaspor (Türkiyə)
- Tugba Nur Bozkurt – Beykent SK (Türkiyə)
- Eda Nur Mutlu – Qazikentspor (Türkiyə)
- Nahidə Məmmədova – Nuxa
- Nurçin Tarverdizadə – Xırdalan Siti
- Türkan Abdullayeva – Xırdalan Siti
- Əsmayə Hacıyeva – Xırdalan Siti
- Lalə Həsənova – Xırdalan Siti


