Azərbaycanlı futbolçular üçün yeni baş məşqçi

Ukraynanın “Minay” komandasının yeni baş məşqçisi müəyyənləşib.

Arena.az xəbər verir ki, bir neçə gün öncə Vasili Kobinlə yollarını ayıran Premyer Liqa təmsilçisini bundan sonra Mikola Tsimbal çalışdıracaq.

Bu barədə klubun rəsmi saytı məlumat yayıb. Klub rəhbərliyi komandanı bu vaxta qədər “Minay”da müxtəlif vəzifələrdə çalışmış Tsimbala tapşırmağı daha məqsədəuyğun hesab edib.

Qeyd edək ki, Mikola Tsimbal 2019-cu ildən “Minay”da çalışır. O, son bir ildə əsas komandanın baş məşqçisi Vasili Kobinin köməkçisi funksiyasını yerinə yetirirdi.

Azərbaycan millisinin hücumçusu Anatoli Nuriyevlə digər həmyerlimiz Rüstəm Əhmədzadə də “Minay”da çıxış edir. Nuriyev bu mövsüm sözügedən komandanın heyətində Premyer Liqa çərçivəsində 17 oyun keçirib, 8 qola imza atıb. Rüstəm isə 12 oyuna çıxıb.

“Minay” bu mövsüm Premyer Liqada keçirdiyi 18 oyunda cəmi 14 xal toplaya bilib və 14 kollektiv arasında 13-cü pillədə qərarlaşıb.

Xəbəri sosial şəbəkələrdə paylaş: