Futzal üzrə Azərbaycan millisi bu gün Avropa çempionatının seçmə mərhələsində sonuncu oyununu keçirib.
Arena.az xəbər verir ki, 3-cü qrupda mübarizə aparan Joze Alesio da Silvanın çalışdırdığı kollektiv doğma meydanda Yunanıstan yığması ilə qarşılaşıb. Bakı İdman Sarayındakı oyuna saat 19:00-da start verilib.
Milli komanda beş oyundan sonra 13 xalla qrup liderliyini və final mərhələsinə vəsiqəni təmin etdiyindən, yunanlarla görüş formal xarakter daşıyırdı. Qonaqlar isə cəmi 1 xalla sonuncu pillədə qərarlaşmışdılar. Millimiz bu oyundan da böyük hesabla qalib ayrılıb və qrup mərhələsini 16 xalla birinci pillədə başa vurub. Bu qrupdan Azərbaycan və Slovakiya yığmaları Avropa çempionatının final mərhələsinə vəsiqə qazanıblar.
AÇ-nin seçmə mərhələsi
3-cü qrup
14 aprel
Azərbaycan – Yunanıstan 4:0
Qol: Fineo, 3. Q.Panayotis, 14-öz qapısına. İ.Atayev, 16. R.Çovdarov, 25.
Hakimlər: Yaroslav Vovçuk, Yevgeni Qordiyenko (hər ikisi Ukrayna).
Bakı İdman Sarayı.
Azərbaycan: 1. Emin Kürdov (q), 6. Eduardo Borges, 8. Rizvan Fərzəliyev (k), 13. Qalo, 16. Fineo De Arauxo, 12. Rövşən Hüseynli (q), 19. Cavad Məmmədov (q), 3. Tyaqo Bolinya, 5. Amir Şocaei, 11. Xətai Bağırov, 17. İsa Atayev, 7. Ramiz Çovdarov, 14. Hadi Ahmadi, 20. Tofiq Mikayılov.
Baş məşqçi: Joze Alesio Da Silva.
Yunanıstan: 12. Dimitris Zervas (q), 2. Spiridon Kondilatos, 3. Dimitrios Karavidas, 4. Qusis Panayotis, 16. Marios Ntatis, 1. Teofilu Dimitrios (q), 5. Floros Axilleas, 6. Çaralampos Stavrakopulos, 7. Andreas Tarnanidis, 8. Papakostas Spiridon, 9. İoannis Delaportas, 11. Apostolos Gkaifillias, 10. Spiridon Papadopulos, 15. Dimitrios Karidas.
Baş məşqçi: Yannis Ziavas.
Azərbaycan – 16
Slovakiya – 11
Moldova – 5
Yunanıstan – 1


