Ukraynanın “Dinamo” (Kiyev) klubunun sabiq futbolçusu Artyom Butenin kuryerliyə başlayıb.
Arena.az xəbər verir ki, 31 yaşlı keçmiş müdafiəçi Ukraynada bir pizza şirkətində kuryer kimi fəaliyyət göstərməyə qərar verib.
Bu barədə “sportarena.com” saytı məlumat yayıb. Butenin bu işin qarşılığında aylıq təxminən 30 min qrivna (1800 manat) qazanacağı vurğulanıb.
Karyerası ərzində Ukraynada “Dinamo”, “Volın”, Çexiyada “Slovan”, Moldovada “Zarya” kimi klublarda çıxış edən Butenin bir müddət Azərbaycanda da oynayıb. Müdafiəçi ölkəmizdə keçmiş “Rəvan” klubunda baxışda olub. Bu komandanın yoxlama oyunlarında qol da vuran futbolçu sonda məşqçilər korpusu tərəfindən bəyənilməyib və geri qaytarılıb.


