Bəhruz Teymurov “Şamaxı” ilə vidalaşdı

2023/2024 mövsümündə Premyer Liqada mübarizə aparacaq “Şamaxı” hücumçusu Bəhruz Teymurov ilə yollarını ayırıb.

Arena.az xəbər verir ki, bu barədə əyalət klubu rəsmi saytı vasitəsilə məlumat yayıb.

Müqaviləsinin müddəti bitən 30 yaşlı futbolçu ilə yeni sözləşmə imzalamağa ehtiyac duyulmayıb. Klub hücumçuya göstərdiyi xidmətlərə görə təşəkkür edib, gələcək karyerasında uğurlar arzulayıb.

Xatırladaq ki, Bəhruz Teymurov “Şamaxı”ya bu ilin yanvar ayında “Zaqatala”dan keçmişdi. O, daha öncə “Xəzər Lənkəran”, “Şəmkir”, MOİK, “Qaradağ Lökbatan”, “Kəpəz” kimi klublarda da forma geyinib.

“Şamaxı” Teymurovdan öncə Əkbər Vəliyev, Süleyman Damadayev (“Qəbələ”), Elçin Qasmov (“Turan Tovuz”), Əbil Əbilov, Əli Mürsəlov, İbrahim Aslanlı, Fuad Bayramov (“Zirə”), Samir Məhərrəmli və Roman Hüseynovla da yollarını ayırmışdı. Səbayıl Bağırov və Abdulla Seydəhmədovla isə yeni müqavilə imzalanıb.

Xəbəri sosial şəbəkələrdə paylaş: