Bəxtiyar Həsənalızadə “Ərzurumspor”a qarşı 90 dəqiqə oynadı

Futbol üzrə Azərbaycan millisinin müdafiəçisi Bəxtiyar Həsənalızadə Türkiyənin “Tuzlaspor” komandasının heyətində növbəti matçına çıxıb.

Arena.az xəbər verir ki, o, TFF 1-ci Liqanın 2023/2024 mövsümünün 10-cu turu çərçivəsində baş tutan “Ərzurumspor”la oyunun iştirakçısı olub.

Doğma meydanda baş tutan qarşılaşma futbolçumuzun komandası üçün uğursuz alınıb. “Tuzlaspor” meydanı məğlubiyyətlə tərk edib – 0:1.

Bəxtiyar bu oyuna start heyətində başlayıb və sonadək oynayıb.

“Tuzlaspor” hazırda 7 xalla 18 kollektiv arasında 16-cı pillədə qərarlaşıb.

Xatırladaq ki, Bəxtiyar Həsənalızadə “Tuzlaspor”la bu ilin avqust ayında 2 illik müqavilə bağlayıb. 30 yaşlı futbolçu Türkiyə təmsilçisində 7 oyuna çıxıb və 1 qol vurub.

Xəbəri sosial şəbəkələrdə paylaş: