Bəxtiyar Həsənalızadə daha bir il “Araz-Naxçıvan”da

Premyer Liqanın bürünc mükafatçısı “Araz-Naxçıvan” daha bir futbolçusu – Bəxtiyar Həsənalızadə ilə müqavilənin müddətini uzadıb.

Arena.az xəbər verir ki, bu barədə Naxçıvan təmsilçisinin mətbuat xidməti məlumat yayıb.

Xəbərdə bildirilir ki, ötən mövsüm komandanın heyətində yer alan Bəxtiyar Həsənalızadə ilə yeni sözləşmə imzalanıb. Müdafiəçi 2025/2026 mövsümündə də “qırmızı-ağlar”ın formasını geyinəcək.

Bəxtiyar 2024-cü ilin yayından “Araz-Naxçıvan”ın uğurları üçün çalışır. 32 yaşlı mərkəz müdafiəçisi bu komandanın heyətində meydana çıxdığı 21 oyunda 1 qol vurub, 2 məhsuldar ötürmə müəllifi olub. O, daha öncə “Sumqayıt”, “Sabah”, “Zirə” və “Tuzlaspor” kimi klubların da formasını geyinib. Müdafiəçi Azərbaycan yığmasında da 4 oyun keçirib.

Xatırladaq ki, “Araz-Naxçıvan” daha öncə baş məşqçi Elmar Baxşıyevlə yanaşı, İssof Paro, Ömər Buludov, Kristian Avram, Tərlan Əhmədli, Ürfan Abbasov və Ülvü İsgəndərovla da yeni müqavilə imzalandığını açıqlamışdı.

Xəbəri sosial şəbəkələrdə paylaş: