Futbol üzrə Azərbaycan millisinin müdafiəçisi Bəxtiyar Həsənalızadə Türkiyənin “Tuzlaspor” komandasının heyətində növbəti matçına çıxıb.
Arena.az xəbər verir ki, o, TFF 1-ci Liqanın 2023/2024 mövsümünün 12-ci turu çərçivəsində baş tutan “Girəsunspor”la oyunun iştirakçısı olub.
Doğma meydanda baş tutan qarşılaşma futbolçumuzun komandası üçün uğurlu alınıb. “Tuzlaspor” meydanı qələbə ilə tərk edib – 3:1.
Bəxtiyar bu oyuna start heyətində başlayıb və sonadək oynayıb.
“Tuzlaspor” hazırda 11 xalla 18 kollektiv arasında 16-cı pillədə qərarlaşıb.
Xatırladaq ki, Bəxtiyar Həsənalızadə “Tuzlaspor”la bu ilin avqust ayında 2 illik müqavilə bağlayıb. 30 yaşlı futbolçu Türkiyə təmsilçisində 9 oyuna çıxıb və 1 qol vurub.


