Futbol üzrə Azərbaycan millisinin müdafiəçisi Bəxtiyar Həsənalızadə Türkiyənin “Tuzlaspor” komandasının heyətində növbəti matçına çıxıb.
Arena.az xəbər verir ki, o, TFF 1-ci Liqanın 2023/2024 mövsümünün 8-ci turu çərçivəsində baş tutan “Keçiörengücü” ilə oyunun iştirakçısı olub.
Səfərdə baş tutan qarşılaşma futbolçumuzun komandası üçün uğurlu alınıb. Hər hissədə bir qol vuran “Tuzlaspor” meydanı qələbə ilə tərk edib – 2:0.
Bəxtiyar bu oyuna start heyətində başlayıb və sonadək oynayıb.
“Tuzlaspor” hazırda 7 xalla 18 kollektiv arasında 14-cü pillədə qərarlaşıb.
Xatırladaq ki, Bəxtiyar Həsənalızadə “Tuzlaspor”la bu ilin avqust ayında 2 illik müqavilə bağlayıb. 30 yaşlı futbolçu Türkiyə təmsilçisində 5 oyuna çıxıb və 1 qol vurub.


