Futbol üzrə Azərbaycan millisinin müdafiəçisi Bəxtiyar Həsənalızadənın formasını geyindiyi “Tuzlaspor” bu gün növbəti matçına çıxıb.
Arena.az xəbər verir ki, futbolçumuzun komandası Türkiyə Kubokunun 3-cü turu çərçivəsində aşağı liqa təmsilçisi “Çankaya” ilə qarşılaşıb.
Doğma meydanda baş tutan qarşılaşma futbolçumuzun komandası üçün uğursuz alınıb. “Tuzlaspor” meydanı məğlubiyyətlə (1:2) tərk edib və mübarizəni dayandırıb.
Həsənalızadə bu oyunda sonadək ehtiyatda qalıb.
Xatırladaq ki, Bəxtiyar Həsənalızadə “Tuzlaspor”la bu ilin avqust ayında 2 illik müqavilə bağlayıb. 30 yaşlı futbolçu Türkiyə təmsilçisində 7 oyuna çıxıb və 1 qol vurub.


