Bəxtiyar Həsənalızadə “Sabah”la yeni müqavilə imzaladı

Sabah” FK müdafiəçisi Bəxtiyar Həsənalızadə ilə yeni müqavilə bağlayıb. Arena.az xəbər verir ki, bu barədə paytaxt klubunun rəsmi saytı məlumat yayıb.

29 yaşlı müdafiəçi ilə bağlanmış yeni müqavilənin müddəti 1 ildir. Tərəflər arasındakı əvvəlki sözləşmənin müddəti bu ayın sonuna qədər idi.

Azərbaycan millisinin üzvü olan Bəxtiyar Həsənalızadə 2020-ci ilin dekabr ayından “Sabah”ın uğurları üçün çalışır. O, bu komandanın heyətində ümumilikdə 36 oyun keçirib.

“Sabah” daha öncə Boyan Letiç, Aleksey İsayev və Elvin Camalovla da yeni müqavilə bağlamışdı. Slavik Alxasov, Şpiro Periçiç, Xulio Sezar Rodriqes və Səlahət Ağayevlə də yollarını ayıran paytaxt klubu, “Sumqayıt”dan Tellur Mütəllimovu transfer edib.

Xəbəri sosial şəbəkələrdə paylaş: