Bəxtiyar Həsənalızadə və Sərtan Taşkının görüşü baş tutmadı

Azərbaycanlı futbolçular Bəxtiyar Həsənalızadə və Sərtan Taşkının formasını geyindiyi “Tulzaspor”la “Manisa” növbəti matçlarını keçiriblər.

Arena.az xəbər verir ki, sözügedən komandalar Türkiyə Birinci Liqasının 21-ci turu çərçivəsində bir-biri ilə qarşılaşıblar.

“Tuzlaspor”un meydanında baş tutan matçda qapılara 3 qol vurulub. Yekunda meydan sahibləri 2:1 hesablı qələbəni bayram ediblər.

Bəxtiyar bu matçın iştirakçısı olmayıb. Son oyunlarda heyətə düşməyən futbolçunun adı iştirak ərizəsinə də daxil edilməyib. Elə Sərtan da bu matçda forma geyinməyib. Ötən turda qırmızı vərəqə almış müdafiəçi cəzalı olduğu üçün matçı tribunadan izləmək məcburiyyətində qalıb.

Xatırladaq ki, Bəxtiyar Həsənalızadə “Tuzlaspor”la 2023-cü ilin avqust ayında 2 illik müqavilə bağlayıb. 30 yaşlı futbolçu Türkiyə təmsilçisində 13 oyuna çıxıb və 1 qol vurub.

Xatırladaq ki, Sərtan Taşkın isə “Manisa”ya bu ilin yanvar ayında “Turan Tovuz”dan 50 min avro qarşılığında keçib. Onun Türkiyə klubu ilə 2025-ci ilin 30 iyununa kimi müqaviləsi var. Milli komandamızın üzvü Manisanın eyniadlı təmsilçisinin heyətində 3 matça çıxıb.

21 turdan sonra “Manisa” 23 xalla 18 iştirakçı arasında 12-ci pillədə qərarlaşıbsa, “Tulzaspor” 22 xalla 14-cüdür.

Xəbəri sosial şəbəkələrdə paylaş: