Bəxtiyar Həsənalızadənin komandası “Çorum”la bacarmadı

Azərbaycan millisinin müdafiəçisi Bəxtiyar Həsənalızadənin formasını geyindiyi Türkiyənin “Tuzlaspor” komandası növbəti matçına çıxıb.

Arena.az xəbər verir ki, sözügedən komanda TFF 1-ci Liqanın 2023/2024 mövsümünün 18-ci turu çərçivəsində “Çorum”la qarşılaşıb.

Səfərdə baş tutan qarşılaşma futbolçumuzun komandası üçün uğursuz alınıb.“Tuzlaspor” meydanı məğlubiyyətlə tərk edib – 1:2.

Həsənalızadə bu oyunun iştirakçısı olmayıb. Azərbaycanlı futbolçu sonadək ehtiyatda qalıb.

“Tuzlaspor” hazırda 16 xalla 18 kollektiv arasında 16-cı pillədə qərarlaşıb.

Xatırladaq ki, Bəxtiyar Həsənalızadə “Tuzlaspor”la 2023-cü ilin avqust ayında 2 illik müqavilə bağlayıb. 30 yaşlı futbolçu Türkiyə təmsilçisində 13 oyuna çıxıb və 1 qol vurub.

Xəbəri sosial şəbəkələrdə paylaş: