Babək Quliyev “Novi Pazar” – “Yagelloniya” matçında

Beynəlxalq dərəcəli hakim-inspektor Babək Quliyev Avropa Konfrans Liqasının 2-ci təsnifat mərhələsinin oyununa təyinat alıb.

Arena.az bu barədə AFFA-nın mətbuat xidmətinə istinadən məlumat verir.

Xəbərdə bildirilir ki, Quliyev Konfrans Liqasının 2-ci təsnifat mərhələsi çərçivəsində iyulun 24-də keçiriləcək “Novi Pazar” (Serbiya) – “Yagelloniya” (Polşa) görüşünün hakim-inspektoru olacaq.

Qarşılaşma Novi Pazar şəhərində yerləşən “Qradski” stadionunda baş tutacaq.

Xəbəri paylaş:
Bizi sosial şəbəkələrdə izləyin: