Futzal üzrə UEFA Çempionlar Liqasının final oyunu keçirilib.
Arena.az xəbər verir ki, həlledici oyunda Portuqaliyanın “Sportinq” və İspaniyanın “Barselona” komandaları üz-üzə gəlib.
Xorvatiyanın Zadar şəhərində baş tutan həlledici qarşılaşmada 7 qol qeydə alınıb. “Sportinq” “Barselona”nı 4:3 hesabıyla məğlub edərək turnirin qalibi olub.
Qeyd edək ki, “Sportinq” tarixində 2-ci dəfə ÇL-in qalibi olur. Bu komanda 2019-cu ildə də bütün rəqiblərindən güclü olmuşdu. Bu il finalda uduzan “Barselona” isə 3 dəfə ÇL-in qalibi olub. Rekordçu isə “İnter FS” komandasıdır. İspaniya təmsilçisi 5 dəfə Çempionlar Liqasını qazanıb.


