“Barselona” “Kamp Nou”dan ot kəsimlərini satır

“Barselona”nın azarkeşləri yenidənqurma üçün bağlanmış “Kamp Nou”nun öt örtüyündən kəsimləri satın ala bilərlər.

Arena.az bu barədə “Sport.es” portalına istinadən məlumat verir.

“Kamp Nou”nun ot örtüyündən bir kəsim əldə etmək üçün 420 avro ödəmək gərəkdir.

Mənbənin məlumatına görə, oyun zərlərindən tutmuş ta ki arenanın kiçik modelinə qədər stadionla bağlı müxtəlif əşyalar almaq olar. Təqdim edilmiş çeşidlərin qiymət aralığı 20 avrodan 420 avroya qədədir. 420 avroya satılan ot kəsimi hətta notarius tərəfindən təsdiqlənir. Azarkeşlər həmçinin 80 avroya oyun meydanının qapılarından bir parça tora sahib ola bilərlər.

Daha sonra köhnə “Kamp Nou”dan oturacaqlar və digər xüsusi əşyalar da azarkeşlər üçün satışa çıxarılacaq.

Xatırladaq ki, “Kamp Nou”dakı yenidənqurma işləri 2026-cı ilin yayına qədər davam edəcək. O vaxta qədər “Barselona” rəqiblərini Kataloniyadakı Olimpiya Stadionunda qəbul edəcək.

Xəbəri paylaş:
Bizi sosial şəbəkələrdə izləyin: