“Barselona” yeni “Kamp Nou”nun tərtibatını təqdim etdi – Video

“Barselona” əvvəlki arenanın sökülməsindən dərhal sonra tikintisinə başlanılacaq yeni “Spotifay Kamp Nou”nun tərtibatını təqdim edib.

Arena.az bu barədə “Marca” nəşrinə istinadən məlumat verir.

Tikinti 2026-cı ildə başa çatmalıdır, amma rəsmi təxminə görə, yeni stadion 2024-cü ilin noyabrında oyunları qəbul edə biləcək. Klub 2030-cu ildə keçiriləcək dünya çempionatının və mümkünsə, final oyununun yeni stadionda keçirilməsini istəyir. Yeni “Spotifay Kamp Nou” təxminən 104 min azarkeşi qəbul edə biləcək. Köhnə “Kamp nou” isə 99 min azarkeş tutumuna malik idi.

Kataloniyalıların yeni stadionunda metrodan gələn sudan istifadə edəcək suvarma sistemi olacaq. Stadion üçün gərəkli olan bütün elektrik enerjisini günəş lövhələri hasil edəcək.

Xatırladaq ki, hazırda “Barselona” ev oyunlarını “Monjuik Olimpiya Stadionu”nda keçirir.

Xəbəri paylaş:
Bizi sosial şəbəkələrdə izləyin: