Bundesliqanın 22-ci turu çərçivəsindən səfərdə “Hoffenhaym”a qarşı keçirilmiş oyun Leverkuzen “Bayer”i üçün əlamətdar olub.
Arena.az məlumat verir ki, “əczaçılar” 2:1 hesablı qələbə qazanmaqla yanaşı, Almaniya nəhəngi “Bayern”in məğlubiyyətsizlik silsiləsini təkrarlayıblar.
Beləliklə, Leverkuzen təmsilçisi cari mövsümdə bütün yarışlar çərçivəsində ardıcıl 32 oyundur məğlubiyyət nə demək olduğunu bilmir.
Müvafiq nəticəyə ilk dəfə 2019-2020-ci illərdə Almaniya nəhəngi “Bayern” imza atmışdı.
“Bayer” cari mövsümdə 28 qələbə qazanıb, 4 dəfə heç-heçə edib.
Fevralın 23-də Bundesliqanın 23-cü turu çərçivəsində “Maynts”ı qonaq edəcək “əczaçılar” məğlub olmayacaqları halda yeni rekord müəyyənləşdirəcəklər.
Hazırda ispan mütəxəssis Xabi Alonsonun komandası 58 xalla Bundesliqanın turnir cədvəlinin vahid lideridir.


