Almaniya nəhəngi “Bayern” Bundesliqanın 11-ci turunda “Haydenhaym”ı darmadağın etməklə (4:2), turnirin tarixi qol rekordunu müəyyənləşdirib.
Arena.az bu barədə “Opta Sport” statistik internet-portalına istinadən məlumat verir.
Hazırda Münhen təmsilçisi Bundesliqa çərçivəsində 42 qol vurub. Müvafiq göstərici Bundeslliqa tarixində mövsümün ilk 11 oyunu üçün rekord göstəricidir.
Buna qədər heç bir komanda çempionatın başlanğıcında 11 oyuna 40-dan çox qol vurmamışdı.
“Bayern” 11 turdan sonra 29 xalla Bundesliqanın turnir cədvəlində 2-ci pillədə qərarlaşıb. Komanda 2 xal geri qaldığı Leverkuzen “Bayer”ini təqib edir.


