“Bayern” Harri Keyni transfer etmək üçün yeni təklif hazırlayır

Almaniya çempionu “Bayern” “Tottenhem”in ingilis hücumçusu Harri Keyni transfer etmək üçün cəhdlərini davam etdirir.

Arena.az bu barədə “Sky Sport Germany” nəşrinə istinadən xəbər verir.

Mənbənin məlumatına görə, futbolçunun özü ilə anlaşmış “Bayern” rəhbərliyi “Tottenhem”ə yeni təklif ünvanlamağa hazırlaşır. Eyni zamanda, Münhen klubunun rəhbərliyi Keynin karyerasını “Bayern”də davam etdirmək istəyinə rəğmən, “mahmızlar”la danışıqların çox çətin olacağını bilir.

Xatırladaq ki, daha əvvəl “Tottenhem” “Bayern”in 29 yaşlı hücumçu üçün bonuslar xaric 70 milyon avro məbləğində təklifindən imtina etmişdi.

2022/2023 mövsümündə Harri Keyn “Tottenhem”in heyətində 49 oyuna çıxıb, 32 qol vurub, 5 məhsuldar ötürmə verib.

“Transfermarkt internet-portalı Harri Keyni 90 milyon avro məbləğində qiymətləndirir.

Xəbəri paylaş:
Bizi sosial şəbəkələrdə izləyin: