Bekkenbauer səhhətində fəsadlar olduğu təsdiqləndi

Almaniya yığmasının və “Bayern”in əfsanəvi Frans Bekkenbauerin qardaşı Valter Bekkenbauer sabiq müdafiəçinin səhhəti barədə danışıb.

Arena.az “ITASportPress” dərgisinə istinadən, Valter Bekkenbauerin bu barədə fikirlərini təqdim edir:

“Onun səhhətində hər şeyin qaydasında olduğunu desəm, yalan danışmış olaram və yalan danışmaq istəmirəm. Xeyr, orada heç də hər şey yaxşı deyil”, deyə Valter kədərlə bildirib.

Daha əvvəl “Bayern”in keçmiş futbolçusu Lotar Matteus Frans Bekkenbauerin səhhətinin pisləşdiyini bildirmişdi.

Xatırladaq ki, Frans Bekkenbauer qeyd-şərtsiz Almaniya futbolunun əfsanəsidir. Bekkenbaur Almaniya Bundesliqasının beşqat, Avropa Çempionlar Kubokunun üçqat, “Qızıl top”un ikiqat, 1972-ci il Avropa Çempionatının, 1974-cü il FIFA Dünya Kubokunun qalibidir. Baş məşqçi kimi Frans Bekkenbauer UEFA Kubokunu, Fransa çempionatını, Almaniya Bundesliqasını qazanıb və 1990-cı ildə Almaniya yığmasına dünya çempionu adını qazandırıb.

Xəbəri sosial şəbəkələrdə paylaş: