Belarus yığmasını Azərbaycanla oyuna çıxaracaq məşqçi bəlli oldu

Futbol üzrə Belarus milli komandasının yeni baş məşqçisi müəyyənləşib.

Arena.az xəbər verir ki, sözügedən komandanı bundan sonra Georgi Kondratyev çalışdıracaq.

Bu barədə Belarus millisinin mətbuat xidməti məlumat yayıb. Georgi Kondratyev belarusluların iyunun 2-də Azərbaycan, 7-də isə Syerra Leone ilə keçiriləcək yoxlama matçlarında yığmaya rəhbərlik edəcək. Hər iki görüş Minskdəki “Dinamo” Milli Olimpiya Stadionunda baş tutacaq.

Qeyd edək ki, Kondratyev ötən gün istefa vermiş Mixail Marxeli əvəzləyib. 61 yaşlı mütəxəssis 2012-2014-cü illərdə də Belarus millisində baş məşqçi vəzifəsində çalışıb.

Xəbəri sosial şəbəkələrdə paylaş: