Belçika – İsrail oyununun keçiriləcəyi məkan məlum oldu

UEFA Millətlər Liqasının 2024/2025 mövsümündə qrup mərhələsinin 1-ci turunun Belçika – İsrail oyununun keçiriləcəyi məkan müəyyənləşib.

Arena.az Belçika Kral Futbol Assosiasiyasının (RBFA) mətbuat xidmətinə istinadən məlumat verir ki, bu oyun sentyabrın 6-da Macarıstanın Debretsen şəhərində keçiriləcək.

Daha əvvəl bildirilmişdi ki, Belçika şəhərləri “siyasi həssaslıq” və həmçinin həddən artıq ciddi təhlükəsizlik tədbirlərinin təmin edilməsi zərurətinə görə bu oyunu təşkil etmək istəmirlər. Belçikanın yerli əlaqədar dövlət qurumları da İsrailin Qəzza bölgəsində apardığı hərbi əməliyyatlar mənzərəsində Belçikada İsrail yığmasının təhlükəsizliyinə təminat vermək məsuliyyətini öz üzərinə götürməyiblər.

Xəbəri sosial şəbəkələrdə paylaş: