Benzya, Andrade, Veşoviç və Yankoviçə milli dəvət

“Qarabağ”ın legionerləri – Yassin Benzya, Marko Yankoviç, Marko Veşoviç və Patrik Andrade öz ölkələrinin milli komandalarına dəvət alıblar.

Arena.az xəbər verir ki, bu barədə Ağdam klubunun mətbuat xidməti məlumat yayıb.

Xəbərdə bildirilir ki, Yassin Benzya Əlcazair millisinə, Patrik Andrade Kabo Verde milli komandasına, Marko Yankoviçlə Marko Veşoviç isə Monteneqro yığmasına dəvət olunublar.

Əlcəzair yığmasını dünya çempionatının (DÇ-2026) seçmə mərhələsi çərçivəsində martın 21-də Botsvananın qonağı olacaq. Martın 26-da isə Benzyalı Əlcəzair yığmasını doğma meydanda Mozambiklə görüş gözləyir.

Patrik Andradenin şərəfini qoruduğu Kabo Verde yığması martın 20-də DÇ-2026-nın seçmə mərhələsi çərçivəsində Mavritaniyanı qəbul edəcək. Ayın 25-də isə bu komandanı Anqola yığması ilə səfər oyunu gözləyir.

Markoların dəvət aldığı Monteneqro yığmasını isə DÇ-2026-nın seçmə mərhələsi çərçivəsində martın 22-də Cəbəllüttariq millisi ilə ev oyunu gözləyir. Bu komanda ayın 25-də də Farer adaları yığmasını qəbul edəcək.

Qeyd edək ki, bu dörd legionerlə birlikdə Ağdam klubunun milli komandalara çağırılan futbolçularının sayı 12-yə çatıb. Bundan əvvəl “Qarabağ”ın 8 futbolçusu – Şahruddin Məhəmmədəliyev, Bəhlul Mustafazadə, Bədavi Hüseynov, Elvin Cəfərquliyev, Aleksey İsayev, Toral Bayramov, Nəriman Axundzadə və Musa Qurbanlı da Azərbaycan millisinin martda keçiriləcək yoxlama oyunları üçün milliyə dəvət edilmişdilər.

Xəbəri paylaş:
Bizi sosial şəbəkələrdə izləyin: