Bilel Auaşeriya “Qəbələ” ilə vidalaşdı

Azərbaycan Premyer Liqasını tərk edən və Birinci Liqaya düşən “Qəbələ” fransalı futbolçusu Bilel Auaşeriya ilə yollarını ayırıb.

Arena.az xəbər verir ki, bu barədə əyalət klubu rəsmi saytı vasitəsilə məlumat yayıb.

30 yaşlı yarımmüdafiəçi ilə müqaviləyə qarşılıqlı razılaşma əsasında xitam verilib.

Bilel Auaşeriya 2023-cü ilin yayından “Qəbələ”də forma geyinirdi. O, “qırmızı-qara” formada 42 matça çıxıb, 6 qol vurub. Bilel Premyer Liqada 35 (6 qol), Azərbaycan kubokunda 5, avrokuboklarda 2 matçda iştirak edib.

Qəbələ” İdman Klubu Bilel Auaşeriyaya “qırmızı-qara” forma ilə keçirdiyi oyunlara görə təşəkkür edib, gələcək karyerasında uğurlar arzulayıb.

Xəbəri paylaş:
Bizi sosial şəbəkələrdə izləyin: