Portiqaliyanın “Jil Visente” klubunun Əlcəzair əsilli fransalı hücumçusu Bilel Auaşeriya “Qəbələ”yə transfer olunub.
Arena.az xəbər verir ki, bu barədə Azərbaycan klubunun mətbuat xidməti məlumat yayıb.
Xəbərdə bildirlir ki, 29 yaşlı futbolçu ilə 2 illik müqavilə imzalanıb.
Fransanın “Sent Etyen” klubunun yetirməsi olan Bilel Auaşeriya vinger kimi də çıxış edir. O, son iki mövsümdə “Jil Visente”də forma geyinib. Futbolçu karyerası ərzində “Sent Etyen”, Portuqaliyada “Kovilya”, “Moreyrense”, “Farense”nin də şərəfini qoruyub.
Bilelin əvvəlki klublarında statistikası belədir:
Moreyrense – 84 oyun (6 qol, 5 assist)
Kovilya – 70 oyun (14 qol, 5 assist)
Jil Visente – 55 oyun (2 qol, 4 assist)
Sportinq B – 37 oyun (5 qol, 4 assist)
Farense – 19 oyun (1 qol)
Xatırladaq ki, “Qəbələ” daha öncə Ahmed Ayzaya, Zurab Oçiqava, Lukas Afriko, Gilad Abramov, Osama Xalayla və Rauf Hüseynlini də transfer etmişdi. Əyalət klubu İlkin Qırtımov, Ürfan Abbasov, Murad Musayev, Emil Səfərov, Ülvi İsgəndərov, Kristof Atanqana və Omar Hani ilə də yeni müqavilə bağlayıb. Məqsəd İsayev, Ramon Maçado, Səlahət Ağayev, Andrey Strijak, Felipe Santos, Rövlan Muradov, İsnik Alimi, Ruan Renato, Rafael Utziq və Rüfət Əhmədov isə komandanı tərk ediblər. Onlardan yalnız Rüfət Əhmədov “Kəpəz”ə icarəyə verilib.


