Birinci Liqa: 2023/2024 mövsümünün son turunun proqramı

Futbol üzrə Azərbaycan Birinci Liqasında 2023/2024 mövsümünün sonuncu – 27-ci turunun oyun cədvəli məlum olub.

Arena.az xəbər verir ki, bu barədə Peşəkar Futbol Liqasının (PFL) rəsmi saytı məlumat yayıb.

Xəbərdə bildirilir ki, son turun bütün oyunları eyni gündə baş tutacaq və saat 16:00-da start götürəcək.

Birinci Liqada 2023/2024 mövsümünün mükafatlandırma mərasiminin vaxtı da müəyyənləşib. PFL-dən verilən digər məlumata görə, tədbir mayın 23-də baş tutacaq. Çempion komandaya qızıl medallar və kubok mövsüm ərzində ev oyunlarını keçirdiyi stadionda təqdim olunacaq.

Mükafatlandırma mərasimi məkandan asılı olmayaraq, saat 17:00-da başlanacaq.

Birinci Liqa
27-ci tur
22 may

MOİK – “İmişli”
Binə qəsəbə stadionu.

“Şamaxı” – “Araz Saatlı”
Şamaxı şəhər stadionu.

“Mingəçevir” – “Qaradağ Lökbatan”
Yaşar Məmmədzadə adına Mingəçevir şəhər stadionu.

“İrəvan” – “Karvan”
Bakı. “ASK Arena”.

“Difai Ağsu” – “Zaqatala”
Ağsu şəhər stadionu.