“Bodo Qlimt” – “Qarabağ” oyunu üçün 55 manatlıq biletlər

Avropa Liqasının “Bodo Qlimt” – “Qarabağ” oyununun biletlərini əldə etmək üçün istifadə olunan vauçerlər satışa çıxarılıb.

Arena.az xəbər verir ki, bu barədə Ağdam klubunun mətbuat xidməti məlumat yayıb.

Azərbaycan çempionu Avroliqanın Liqa mərhələsinin 4-cü turu çərçivəsində “Bodo Qlimt”in qonağı olacaq. Ağdam klubunu Norveçdə dəstəkləmək istəyən azarkeşlər üçün ayrılmış vauçerlərin satışına bu gün start verilib. Azarkeşlər “iTicket.az”da onlayn şəkildə əldə etdikləri vauçerləri oyun günü saat 14:00-dan 16:00-a kimi “Scandic Havet” otelinin məlumat şöbəsinə yaxınlaşaraq biletə dəyişməlidir. Biletlərin qiyməti 55 AZN-dir. Vauçer sahibləri vauçerləri biletə dəyişərkən şəxsiyyəti təsdiqləyən sənədi təqdim etməlidir.

Qeyd edək ki, “Bodo Qlimt” – “Qarabağ” oyunu noyabrın 7-də keçiriləcək. Qarşılaşmaya Bakı vaxtı ilə saat 21:45-də start veriləcək.