Bu gün futbol üzrə Almaniya çempionatında (Bundesliqa) 2026/2027-ci illər mövsümünün 1-ci turunun növbəti oyunları keçirilib.
Arena.az xəbər verir ki, yeni mövsümün və ilk turun sonuncu oyun günündə iki qarşılaşma baş tutub.
“Frayburq” doğma meydanda “Verder”i sınağa çəkib. Beş qolluq oyunda meydan sahibləri darmadağına seviniblər. “Auqsburq” isə evdə “Şalke”ni 3 cavabsız qolla məğlub edib.
Almaniya, Bundesliqa
1-ci tur
28 avqust
Bayern – Ştutqart 5:1
29 avqust
Elversberq – Bayer 3:2
Köln – Hoffenhaym 3:2
Maynts – Paderborn 0:0
Leypsiq – Borussiya (Mönhenqladbax) 3:0
Union Berlin – Ayntraxt 3:3
Borussiya (Dortmund) – Hamburq 2:0
30 avqust
Frayburq – Verder 4:1
Auqsburq – Şalke 3:0


