Azərbaycanlı futbolçu Cəlal Hüseynovun komandası – “Arda” Bolqarıstan çempionatında növbəti matçına çıxıb.
Arena.az xəbər verir ki, sözügedən komanda bu gün 9-cu tur çərçivəsində “Botev Vratsa” ilə qarşılaşıb.
Doğma meydanda baş tutan oyun “Arda”nın qələbəsi ilə başa çatıb. Futbolçumuzun komandası bu oyunda darmadağına sevinib – 4:0.
Cəlal bu matçın iştirakçısı olmayıb. Azərbaycanlı futbolçu sonadək ehtiyatda qalıb.
“Arda” 9 turdan sonra 13 xalla 16 iştirakçı arasında 6-cı pillədə qərarlaşıb.
Xatırladaq ki, Cəlal Hüseynov Bolqarıstan təmsilçisi ilə bu il iyunun 12-də 3 illik müqavilə imzalayıb. “Arda” onu “Zirə”dən transfer edib. Azərbaycanlı futbolçu bu komandada 4 rəsmi oyuna çıxıb.


