Futbol üzrə Azərbaycan millisinin müdafiəçisi Cəlal Hüseynov Bolqarıstanın “Arda” komandasında növbəti matçına çıxıb.
Arena.az xəbər verir ki, 20 yaşlı müdafiəçi ötən gün baş tutan ÇSKA 1948 ilə yoxlama oyununda meydana çıxıb.
Hüseynov görüşə start heyətdə başlayıb. Qarşılaşma 1:1 hesablı heç-heçə ilə bitib. 51-ci dəqiqədə hesabı açan futbolçumuzun komandası sona 2 dəqiqə qalmış qələbəni əldən verib.
Xatırladaq ki, “Arda” yeni mövsümün hazırlığına iyunun 19-dan etibarən start verib. Hüseynov isə yeni komandasının toplanışına ayın 20-dən etibarən qoşulub. O, bir neçə gün öncə baş tutan “Maritsa” ilə sınaq matçında (3:1) debüt də etmişdi.
Cəlal Hüseynov Bolqarıstan təmsilçisi ilə iyunun 12-də 3 illik müqavilə imzalamışdı. “Arda” onu “Zirə”dən transfer edib.


