Cəlal Hüseynov “Beroe” üzərində qələbəyə sevindi – Video

Futbol üzrə Azərbaycan millisinin müdafiəçisi Cəlal Hüseynov Bolqarıstanın “Arda” komandasında növbəti matçına çıxıb.

Arena.az xəbər verir ki, 20 yaşlı müdafiəçi Bolqarıstan çempionatının 17-ci turu çərçivəsində keçirilmiş “Beroe” ilə oyunun iştirakçısı olub.

Doğma meydanda baş tutan bu qarşılaşma “Arda”nın qələbəsi ilə başa çatıb – 1:0.

Hüseynov bu görüşə start heyətdə başlayıb və sonadək mübarizə aparıb.

“Arda” ölkə çempionatında 17 turdan sonra 28 xalla 16 iştirakçı arasında 5-ci pillədə qərarlaşıb. Komandanın ehtiyatda təxirə salınmış daha bir oyunu var.

Xatırladaq ki, Cəlal Hüseynov Bolqarıstan təmsilçisi ilə bu il iyunun 12-də 3 illik müqavilə imzalayıb. “Arda” onu “Zirə”dən transfer edib. Azərbaycanlı futbolçu bu komandada 13 rəsmi oyuna çıxıb, 1 qol vurub.

Xəbəri paylaş:
Bizi sosial şəbəkələrdə izləyin: